Reklam verin!

Xalq təbabətinin müəyyən bir hissəsini kosmetika təşkil edir. El təbibləri bu sahədə də özlərini sınağa şəkmiş və xalq üçün bir sıra faydalı məsləhətlər hazırlamışlar. Onlardan bəziləri barədə məlumat verməyi də münasib sayırıq. Zanbağı döyürlər, tənzifin arasına yığıb sıxırlar və suyunu çıxarırlar. Bu suyu üzə sürtdükdə ləkələri təmizləyir, sifət açılır və gözəlləşir.

***


Bir xörək qaşığı cirəni dəm çaynikinə tökün və üstünə bir litr su alın, vam odda qaynadın və süzün. Ondan bir stəkan süzün və 2 xörək qaşığı şəkər qarışdırıb gündə bir neçə dəfə için. Bu, üzə gözəllik gətirir rəngi açır, təravət verir.

***

Zirənin bir qaşığını bir litr suya töküb onunla üzünüzü yuyun, bu sifətə gözəllik verən vasitələrdən biridir.

***

Əgər üzünüzdə ləkə varsa, noxudu suya töküb qaynadın və onu üzə çəkib barmaqlarınızın ucu ilə masaj edin. Bir neçə dəfə belə etsəniz, üzünüzün ləkəsi yox olacaq.

***

Tozağacının tumurcuqlarını bir qaba töküb, şişmək üçün üstünə qaynar su əlavə edin, soyuyandan sonra surtkəçdən keçirin və balla qarışdırın. Onu 2—3 saat mətbəx plitəsinin isitmə kamerasında (çox isti ol-masın) saxlayın, sonra çıxardıb soyudun və təmiz araq-la qarışdırın. Bu qarışığı süzkəçdən keçirin. Alınan pastanı üzünüzə çəkin, 25—30 dəqiqə gözləyin, üzü-nüzü ilıq su ilə yuyun və yumşaq dəsmalla qurulayın. Sonra üzünüzə qaymaq, olmasa xama çəkin. Bu müalicəni 8—10 gün qəbul etsəniz sifətinizdəki qırışlar gedəcək, dəriniz yumşalacaq və təravətli olacaqdır.

***

Xalq təbibləri deyirlər ki, əgər buğdanı yandırıb külünü mumla qarışdırıb üzə sürtdükdə dəri cilalanır və şəfəqlənir.

***

Turkəçarəçilər sifətin rənginin dəyişib gözəlləşməsi üçün bu üsulu son dərəcə təsirli hesab edirlər. Bir xörək qaşığı mollabaşı çiçəyinin döyülmüşünə bir stəkan qaynar su töküb 10 dəqiqə dəmdə saxlayın. Sonra süzüb 1 çay qaşığı bal əlavə edin, səhər acqarına çay kimi qurtum-qurtum için.

***

Tozağacının nazik çubuqlarını ( budağın üç hissələrini ) xırda-xırda doğrayıb döyün və onu sirkə ilə qarışdırın . Bu pastadan yanağınıza sürtsəniz gözəl qızartı alınacaqdır. Bu vasitənin üstün cəhəti ondan ibarətdir ki , üz tərləyəndə və ya üzü yuyanda qızartı getmir.

<<<





Bookmark and Share
Baxış sayı:141     Mart 27, 2008 0:31 tarixində, aliyeva tərəfindən, Gozelolmaq isteyen xanimlar uchun... bölməsində yazılib.   Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha