Reklam verin!
Yuma Ailə Jurnalı
Piti

Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu


pitii qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış kartov, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Pitii bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kassa, sumaq və təmizlənmiş baş soğan qoyulur.

 

Küftə-bozbaş

Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça -
30q, noxud - 25 q, kartof - 150q, baş socan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz.
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartov və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Şəki pitisi

Süiüksüz qoyun əti - 163q, noxud - 30q, quyruq - 20q, baş soğan - 18q, şabalıd - 30q, quru gavalı - 20q, zəfəran - 0,1q, istiot, duz, sumaq.
Adi pitii kimi hazırlanır. Lakin kartov əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənir. Payız vaxtı hər paya 30 q heyva qatılır. Pitinin yanında sumaq və təmizlənmiş baş soğan verilir.

Turşu - sıyıq

Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot.
Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.

Parça bozbaş

Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Əlavə olaraq heyva - 20q, şabalıd - 25q.
Qoyun ətinin döş və ya kürək hissələrindən hər biri 60-80q. çəkidə 2-3 tikə ət götürüb əvvəlcədən 4-5 saat suda isladılmış noxudla birlikdə bişirilir. Kəfi yığıb üzərinə doğranmış baş soğan və hazır olmasına 30 dəqiqə qalmış kartof əlavə edilir. Bundan sonra xörəyə duz, suda bişirilib təmizlənmiş şabalıd, dilim şəklində doğranmış heyva alça və zəfəran məhlulu tökülür. Mövsümündən asılı olaraq alça əvəzinə pomidor (hər paya 30q) qatılır. Süfrəyə verdikdə xörəyin üstünə nanə qurusu səpilir. Yanına soyulmuş baş soğan və sumaq qoyulur.

Toyuq şorbası

Toyuq əti - 155q, düyü - 25q, ərinmiş yağ - 20q, alça və gavalı - 20q, noxud - 20q, baş soğan - 20q, şüyüd - 10q, istiot, zəfəran və duz.
Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür.Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilib 1-2 dəqiqə qaynadılır.

Kəlləpaça (xaş)

Qoyun kəlləsi - 214q, qoyun ayaqları - 179q, qarın - 47q, sarmısaq - 5q, sirkə - 10q, duz.
İlk emaldan keçirilib təmiz yuyulmuş qoyun kəlləsi, ayaqları və qarnı suda bişirilir. Əmələ gəlmiş kəf yığılır. Bişəndən sonra (:-? saat ərzində) ət kəfkirlə çıxarılıb iri sümüklərdən ayrılır və 40-50 qram şəkildə doğranıb yenidən bulyonda bişirilir. Xörəyin yanına sarmısaqla sirkə qoyulur.

Zəfəranlı bulyon

Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz
Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşğun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdan də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.

Dovğa

Qoyun əti - 108q, baş soğan - 15q, noxud 15q, qatıq - 200q, xama - 40q, yumurta 1/3 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10q, istiot, duz, darçın.
Dovğa hazırlamaq üçün qatıq və xama uni lə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.

Ovdux-doğramac

Qatıq - 200q, su - 100q, təzə xiyar - 100 q, göy soğan- 40q, keşniş - 10q, şüyüd - 10q, reyhan - 5q, yumurta - 1əd, mal əti - 100q, duz, sarımsaq.
Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuşsu qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuduyucuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux adətən ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilmiş xırda doğranmış mal əti və bərk bişirilmiş yumurat qatılır.

Balva

Düyü - 40q, yumurta - 1əd., ərinmiş yağ - 30q, lavaşana - 10q, buğda unu - 15q, göyərti (ispanaq, balva) - 100q, göy soğan - 15q, istiot, duz.
Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana, duz, istiot və yumurta çalıntısı əlavə edilir.

Qovurma bozbaş

Qoyun əti - 163q, quyruq - 20q, baş soğan - 72q, kartof - 100q, şabalıd - 30q, təzə alça - 20q, və ya quru alça - 10q, keşniş - 10q, zəfəran - 0,1q, istiot, duz.
Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəqiqə qalmış kartov, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qərmızı pomidor götürülür.

Umac

Un - 50q, ərinmiş yağ - 20q, yumurta - 1əd., baş soğan - 18q, nanə qurusu- 1,0q zəfəran - 0,1q duz.
Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu4 zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib artıq undan azad edilir və qaynar bulyona tökülərək arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.

Balıq küftəsi

Balıq - 200q, noxud - 20q, düyü - 15q, alça - 10q, kartof - 150q, baş soğan - 20q, zəfəran - 0,05q, istiot, duz.
Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır. Balığın yeyilməyən hissəsindən hazırlanmış bulyon süzülür, əvvəlcədən isdadılmış noxud yarımhazır olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən hazırlanmış küftələr, kartov, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.


Bookmark and Share
Baxış sayı:197     Mart 28, 2008 13:54 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(Sulu xorekler) bölməsində yazılib.   Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha