Reklam verin!
Faydalı məsləhətlər (2)
Bilirsinizmi?...

• Əlləriniz çox kobudlaşmış və dırnaqlarınız sınmışsa, onları qızdırılmış günəbaxan yağında 10-15 dəqiqə saxlayın. Sonra isə əllərinizi ancaq salfet ilə silin (yumayın).
     • Sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin və həmçinin, turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.
     • Yorğunluğu götürmək üçün ayaqları duzlu suya (2 litr suya 1 xörək qaşığı duz əlavə ediləməlidir) qoyurlar.
     • Xörək hazırlayarkən çatlamış əllərinizə iş arası xiyar, pomidor, kartof püresi çəkmək və kartof bişirilmiş suda əllərinizi yaxalamaq xeyirlidir.
     • Əllər ağarsın deyə,

onları sirkə tökülmüş ilıq suda saxlamaq lazımdır. Qədim xalq təbabətinə görə, çiy süd və ya limon şirəsi qatılmış su ilə vanna etmək yaxşı kömək edər.
     • Əgər əllərinizdə ziyil əmələ gəlmişsə, gündə 4-5 dəfə təzə kartof, sarımsaq çəkin. Ziyilin üstünə külləmə soğan qoymaq məsləhət görülür. Onu kəsmək və zədələmək olmaz, yaxşı olar ki, həkimə müraciət edəsiniz.
     • Tez-tez quruyan və qabıq verən dodaqlara 1%-li bor turşusu məhlulu çəkir və bitki yağı sürtürlər.
     • Ayaqlarınız yorulmuşsa, sərin su ilə yuyun, sonra dabanlarınıza krem çəkin və dabandan dizə qədər masaj edin.
     • Yanmış yerə yumurta ağında isladılmış əski qoyurlar. Bu, ağrını azaldır və yara daha tez sağalır. Yanmış yerə tünd çay, tünd-bənövşəyi marqans (manqan) məhlulu, ya da odekolon çəkmək olar.
     • Dəri qış ərzində bir qədər solur və təravətini itirir, bunun qarşısını almaq üçün çiməndə dərini bərk sürtmək və təzadlı (gah soyuq, gah da isti) duş qəbul etmək lazımdır. Bu, qan dövranını yaxşılaşdırır və solğunluğu aradan qaldırır.
     
Bookmark and Share
Baxış sayı:222     Mart 28, 2008 14:20 tarixində, aliyeva tərəfindən, Xarici gorunushunuze ve daxili rahatliginiz uchun faydali meslehetler bölməsində yazılib.   Şərhlər(1)


1
meki yazıb:

yenil olsa daha yaxsi olar

May 5, 2008 22:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha