- Kapron kalqotkaların ömrünü uzatmaq...
- Kapron kalqotkalarınızın süzülməməsi üçün ilk dəfə kalqotkanı heyinməzdən əvvəl isti suda isladıb isti ütüylə ütüləyin, ya da uksus əlavə olunmuş suda isladın.
- Açıq rəngli və ya müxtəlif rəngli kalqotka və ya kapron corabları tünd çay əlavə olunmuş tasda isladın.Bundan sonra onlar qızılı rəng çaları əldə edəcəklər.
- Əgər kalqotkalarınız artıq süzülübsə, ilməsini bərkitmək üçün üzərinə saç lakı vurun.
Hündürboylu görünmək istəyirsiz?
Geyim vasitəsilə bədən quruluşunuzu düzgün vurğulamaqla daha hündür görünə bilərsiz.Beləliklə, aşağı hissələri enlənən və uzunluğu kablukun üzərini örtən şalvar ayaqları uzun göstərir.Eyni zamanda dar və düz şalvarlar da ayaqları daha uzun göstərir.
Uzun yubka da sizin daha hündürboylu görünmənizə kömək edər,ama dizdən yuxarı yubkalar boyunuzu qısa,ayaqları isə bir qədər əyri göstərə bilər.Rəngli kalqotkalar da vizual olaraq boyu qısa göstərir.Əsas məsələ - kabluk.
Hündürdaban ayaqqabılar sözsüz ki, boyunuzu müəyyən qədər artıracaq, həm də ki, klassik dikdaban ayaqqabılar heç vaxt dəbdən düşmür.
Baxış sayı:40
May 18, 2008 22:44 tarixində, aliyeva tərəfindən,
Kapron kalqotkaların ömrünü uzatmaq ve Hündürboylu görünmək isteyen xanimlar uchun meslehetler... bölməsində yazılib.
Şərhlər(0)
