Reklam verin!

YENI

Epilyasiya – çox xanımları maraqlandırır.Sizə müxtəlif epilyasiya növlərinin mənfi və müsbət cəhətlərini təqdim


edirik:

Mexaniki – Bu metod “dədə-baba” üsuludur.Buna baxmayaraq bu metoddan bəzən indi də istifadə olunur.
Müsbət – Belə epilyasiya nəticəsində insan orqanizminə heç bir kimyəvi maddələrlə təsir göstərilmir.
Mənfi – Tüklərin qoparılaraq çıxarılması nəticəsində qoparılmış tükün yerində iltihab baş verir.

Kimyəvi – Kimyəvi metodlara bir sıra maddələr daxildir- kremlər,mazlar və s.
Müsbət: Tez-bazar istənilən nəticəni əldə etmək lur, ev şəraitindı də tətbiq etmək mümkündü.
Mənfi: Belə maddələrdən bəziləri dəridə kimyəvi yanıqlara səbəb ola bilər.

Elektroepilyasiya – Elektrik cərəyan ilə tüklərin kökünə təsir göstərilir.
Müsbət: Tükləri uzunmüddətə və ya həmişəlik məhv edir –insanın orqanizmindən asılıdır.
Mənfi: Prosedur ağrılı və uzunmüddətlidir.Bəzən dəridə yüksək qıcıqlanmalara səbəb olur.

Bioepilyasiya – parafinlə(vosk) epilyasiya.
Müsbət: Müvəqqəti olaraq tüklərdən azad olmaq üçün yaxşı üsuldur.Qısa müddət ərzində böyük nahiyələrdən tüklər təmizlənə bilir.
Mənfi: Müvəqqəti effekt.Eyni metodla yenidən tüklərdən azad olmaq üçün tüklərin müəyyən uzunluğadək uzanmasını gözləməlisiniz.

Lazer epilyasiyası – Lazer şüalarıyla tüklərin kökləri məhv edilir.
Müsbət: Prosedur ağrısızdır.
Mənfi: Lazer epilyasiyası tüklərinin rəngi dərisinin rəngindən açıq rəng çalarlarında olan xanımlara uyğun deyil.

Fotoepilyasiya –  Pasienti xüsusi apparat vasitəsilə şüalandırırlar.
Müsbət: Prosedur ağrısızdır.Bu metod vasitəsilə rəngindən, nazik və ya cod olmasından asılı olmayaraq bütün tüklərdən azad olmaq mümkündür.
Mənfi: Bu tip epilyasiya nəticısində dəridə müxtəlif allergiyalar,iltihablar və həmçinin dəridə müəyyən hissələrdə rəngsizləşmələr baş verə bilər.

Düzgün seçimi etməyə isə sizə kosmetoloq-mütəxəssis kömək etməlidir!


Bookmark and Share
Baxış sayı:103     May 18, 2008 22:54 tarixində, aliyeva tərəfindən, Ülgücdən Lazerə bölməsində yazılib.   Şərhlər(2)


1
samira yazıb:

üz dərisinin solğunluğunu ev şəraitində necə aradan qaldırmaq olar ?

İyun 5, 2008 12:04

2
Ulya yazıb:

cry men sheherimizde fealiyyet gosteren Avalon estetik merkezinde ishleyen hekimleri qeyri peshakar olduqlarini sizlere arz edirem. Cunki menim derimi epulyasiya edib yandiriblar.

İyun 24, 2008 12:38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha