directory Xanimlar uchun her shey
Reklam verin!
Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən
Nikah müqaviləsi

Bu məqalədə nikaha daxil olan Azərbaycan qadınlarının ailə həyatında, habelə boşanmada olan hüquq və məsuliyyətlərindən həm qanun nöqteyi nəzərindən, həm də təcrübə baxımından söhbət açılacaqdır. İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan əhalisinin
Davamı...
Baxış sayı:109     Mart 28, 2008 14:54 tarixində, aliyeva tərəfindən, Qadin huquqlari bölməsində yazılib.   Şərhlər(0)
Faydalı məsləhətlər (2)
Bilirsinizmi?...

• Əlləriniz çox kobudlaşmış və dırnaqlarınız sınmışsa, onları qızdırılmış günəbaxan yağında 10-15 dəqiqə saxlayın. Sonra isə əllərinizi ancaq salfet ilə silin (yumayın).
     • Sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin və həmçinin, turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.
     • Yorğunluğu götürmək üçün ayaqları duzlu suya (2 litr suya 1 xörək qaşığı duz əlavə ediləməlidir) qoyurlar.
     • Xörək hazırlayarkən çatlamış əllərinizə iş arası xiyar, pomidor, kartof püresi çəkmək və kartof bişirilmiş suda əllərinizi yaxalamaq xeyirlidir.
     • Əllər ağarsın deyə,
Davamı...
Baxış sayı:223     Mart 28, 2008 14:20 tarixində, aliyeva tərəfindən, Xarici gorunushunuze ve daxili rahatliginiz uchun faydali meslehetler bölməsində yazılib.   Şərhlər(1)
Bilirsinizmi?...

• Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.
     • Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
     • Təzə südü işıqda saxladıqda,
Davamı...
Baxış sayı:223     Mart 28, 2008 14:17 tarixində, aliyeva tərəfindən, Deriye qulluq bölməsində yazılib.   Şərhlər(2)
Bilirsinizmi?...

• Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.
     • Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
     • Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.
     • Ət nə qədər vamla bişərsə,
Davamı...
Baxış sayı:125     Mart 28, 2008 14:14 tarixində, aliyeva tərəfindən, Metbexde size gerekli olan faydali meslehetler bölməsində yazılib.   Şərhlər(0)

ŞİRNİYYATLAR

Şəkərbura

Əla buğda unu - 240q, ərinmiş yağ - 60q, üzlü süd - 80q, yumurta - 1 əd., maya - 8q, təmizlənmiş badam və yafındıq - 200q, şəkər tozu - 200q, hil - 0,2q, duz.
Süd 30-350 S -yə qədər qəzdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatılıb

Davamı...
Baxış sayı:132     Mart 28, 2008 14:04 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(shirniyyatlar) bölməsində yazılib.   Şərhlər(0)
Heyva mürəbbəsi

Təmizlənib doğranmış heyva - 1kq, şəkər - 1,2kq.
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra

Davamı...
Baxış sayı:100     Mart 28, 2008 14:00 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(murebbeler) bölməsində yazılib.   Şərhlər(0)
Piti

Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu

Davamı...
Baxış sayı:96     Mart 28, 2008 13:54 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(Sulu xorekler) bölməsində yazılib.   Şərhlər(0)

Şüyüd plov

Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2əd., süd 30q, şüyüd - 60q, zəfəran - 0,1q, duz.
Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tiələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.
 
Toyuq plov

Toyuq əti - 207q, düyü - 100q, baş soğan - 20q, badam ləpəsi - 10q, ərinmiş yağ - 10q, kişmiş - 50q, zirə - 0,1q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq suda hazır olunca suda bişirilir. Badam və meyvə yağda qovrulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirlmiş plov boşqaba çəkilir, üstünə meyvə, toyuq ətinin tikəsi, qazmaq qoyulur və yağ tökülür.
 
Çığırtma plov

Toyuq əti - 216q, düyü - 150q, ərinmiş yağ - 40q, baş soğan - 40q, yumurta - 1əd., lumu turşusu - 0,05q, zəfəran - 0,1q, duz.
Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarımhazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, lumu turşusu, istiot, zəfəran vurulur üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim lumu qoyulur, üzərinə yağ tökülür.

Qiymə plov

Qoyun əti - 221q, düyü - 100q, ərinmiş yağ - 50q, kişmiş - 30q, zoğal axtası - 20q, baş soğan - 40q, şabalıd - 30q, zəfəran - 0,1q, un - 6q, yumurta - 1/8 əd., darçın - 0,2q, istiot - 0,1q, duz.
Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişviş və zoğal axtası ilə birlikdə yağda qovrulur və onların hamısı ətə qatılıb hazır olana qıdır bişirilir. Süfrəyə verdikdə ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə qazmaq və qiymə qoyulur, yağ tökülür və darçın səpilir.

Səbzi-qovurma plov

Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 50q, göyərti (kəvər, keşniş, ispanaq, turşəng) -15q, lumu turşusu - 0,1q, və ya abqora - 5q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilmiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çkilib yanına səbzi-qovurma qoyulur, üzərinə yağ tökülür.
 
Şirin plov

Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu (qaysı) - 30q, şəkər - 30q, qara gavalı qurusu - 30q, buğda unu - 10q, yumurta - 1/6 əd., duz.
Meyvələr yağda şəkər etmək qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verdikdə təpəcik şəklində boşqaba çəkilir üstünə qazmaq və qara gavalı qurusu qoyulur.
 
Fisincan plov

Qoyun əti - 220q, və ya toyuq əti - 21q, düyü - 150q ərinmiş yağ - 50q, qo ləpəsi - 50q, nar - 50q, və ya narşərab - 15q, lumu turşusu - 2q, və yaxud abqora - 15q, baş soğan - 20q, darçın - 0,2q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş lumu duzu və ya abqora qara çığın tavada qaynadılıb doyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyüğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.
Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəcilər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür

Südlü plov

Hisə verilmiş kütüm - 182q, düyü - 100q, ərinmiş yağ - 40q, süd - 250q, buğda unu - 20q, kişmiş - 50q, ərik qurusu - 50q, xurma - 25q, şəkər - 20q, yumurta - 1/10əd., zəfəran -0,1q, duz.
Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə asılır, dibinə un, yumurta və sudlan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq vəilmiş meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.
 
Kükü plov

Hisə verilmiş kütüm - 180q, düyü - 100q, ərinmiş yağ - 50q, yumrta 1 əd., təə bulka - 40q, istiot - 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.
 
Qiymə-çığırtma plov

Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz.
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
 
Baxış sayı:52     Mart 28, 2008 13:49 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(Plovlar) bölməsində yazılib.   Şərhlər(0)
 Ozune inamin 15 sherti...
1. Güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
     2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda, bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün reallığı baxımından qiymətləndirin.
     3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək, sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı və günahlarınızı özünüzə bağışlayın. Faydalı nəsə əldə etdikdən sonra əzablı xatirələrinizi bir dəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Çünki pis keçmiş, siz onu xatırlayana qədər, yaddaşınızda yaşayır. Yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaltmanız daha yaxşı olardı.
     4. Günahkarlıq və xəcalət hissi sizin uğur qazanmağınıza mane olur. Onlara əhəmiyyət verməyin.
     5. Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırkı situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.
     6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşasınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.
     7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxti gətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.
     8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarına sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.
     9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız. Belə etsəniz, sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olarsınız.
     10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.
     11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.
     12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin və bu cür mübadiləyə hazır olduğunuzu onlara anlatmağa çalışın.
     13. «Mən»inizi həddən artıq qorumayın, çünki o, siz düşündüyünüzdən də, möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısa müddətli, emosional zərbə alması onun fəaliyyətsizlik və izolyasiya halında olmasından daha yaxşıdır.
     14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin və onlara nail olmaq üçün daha kiçik məqsədlərdən istifadə edin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.
     15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsisiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.
     
Baxış sayı:50     Mart 28, 2008 13:39 tarixində, aliyeva tərəfindən, Ozune inamin 15 sherti bölməsində yazılib.   Şərhlər(1)

Baxış sayı:45     Mart 28, 2008 13:37 tarixində, aliyeva tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 14    Sonrakı səhifə »