directory Xanimlar uchun her shey
Reklam verin!

Şüyüd plov

Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2əd., süd 30q, şüyüd - 60q, zəfəran - 0,1q, duz.
Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tiələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.
 

 

Toyuq plov

Toyuq əti - 207q, düyü - 100q, baş soğan - 20q, badam ləpəsi - 10q, ərinmiş yağ - 10q, kişmiş - 50q, zirə - 0,1q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq suda hazır olunca suda bişirilir. Badam və meyvə yağda qovrulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirlmiş plov boşqaba çəkilir, üstünə meyvə, toyuq ətinin tikəsi, qazmaq qoyulur və yağ tökülür.
 

 
Çığırtma plov

Toyuq əti - 216q, düyü - 150q, ərinmiş yağ - 40q, baş soğan - 40q, yumurta - 1əd., lumu turşusu - 0,05q, zəfəran - 0,1q, duz.
Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarımhazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, lumu turşusu, istiot, zəfəran vurulur üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim lumu qoyulur, üzərinə yağ tökülür.

 

Qiymə plov

Qoyun əti - 221q, düyü - 100q, ərinmiş yağ - 50q, kişmiş - 30q, zoğal axtası - 20q, baş soğan - 40q, şabalıd - 30q, zəfəran - 0,1q, un - 6q, yumurta - 1/8 əd., darçın - 0,2q, istiot - 0,1q, duz.
Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişviş və zoğal axtası ilə birlikdə yağda qovrulur və onların hamısı ətə qatılıb hazır olana qıdır bişirilir. Süfrəyə verdikdə ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə qazmaq və qiymə qoyulur, yağ tökülür və darçın səpilir.

 

Səbzi-qovurma plov

Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 50q, göyərti (kəvər, keşniş, ispanaq, turşəng) -15q, lumu turşusu - 0,1q, və ya abqora - 5q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilmiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çkilib yanına səbzi-qovurma qoyulur, üzərinə yağ tökülür.
 

Şirin plov

Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu (qaysı) - 30q, şəkər - 30q, qara gavalı qurusu - 30q, buğda unu - 10q, yumurta - 1/6 əd., duz.
Meyvələr yağda şəkər etmək qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verdikdə təpəcik şəklində boşqaba çəkilir üstünə qazmaq və qara gavalı qurusu qoyulur.
 

Fisincan plov

Qoyun əti - 220q, və ya toyuq əti - 21q, düyü - 150q ərinmiş yağ - 50q, qo ləpəsi - 50q, nar - 50q, və ya narşərab - 15q, lumu turşusu - 2q, və yaxud abqora - 15q, baş soğan - 20q, darçın - 0,2q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş lumu duzu və ya abqora qara çığın tavada qaynadılıb doyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyüğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.
Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəcilər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür

 

 

Südlü plov

Hisə verilmiş kütüm - 182q, düyü - 100q, ərinmiş yağ - 40q, süd - 250q, buğda unu - 20q, kişmiş - 50q, ərik qurusu - 50q, xurma - 25q, şəkər - 20q, yumurta - 1/10əd., zəfəran -0,1q, duz.
Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə asılır, dibinə un, yumurta və sudlan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq vəilmiş meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.
 

 

 

Kükü plov

Hisə verilmiş kütüm - 180q, düyü - 100q, ərinmiş yağ - 50q, yumrta 1 əd., təə bulka - 40q, istiot - 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.
 

 

 

Qiymə-çığırtma plov

Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz.
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
 

 


Baxış sayı:52     Mart 28, 2008 13:49 tarixində, aliyeva tərəfindən, Azerbaycan metbexi(Plovlar) bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 1